Yalçın Akdoğan TRT-də çıxış etdi

Türkiyənin Baş nazirinin Müavini Yalçın Akdoğan 4 partiyalı bir məclisdə təkbaşına iqtidar olmağın asan olmadığını dedi.

409612
Yalçın Akdoğan TRT-də çıxış etdi

Yalçın Akdoğan TRT-də qatıldığı verilişdə ona ünvanlanmış sualları cavablandırdı.

Akdoğan hər kəsin bu seçkilərdən dərs götürəcəyinə ümid etdiyini bildirdi. Türkiyə vətəndaşlarının 50%-nin mənsub olduğu partiyaya səs verməsinə baxmayaraq, bütün türk xalqını anlamağa çalışdıqlarını söylədi. O, xalqa xidmət etməyin və onu psixoloji olaraq yönləndirməyin hökümətin vəzifəsi olduğunu vurğuladı.

Türkiyə seçicisinin, ilk növbədə, inam və sabitliyə səs verdiyini qeyd edən Akdoğan seçkilərə 3 həftə qalmış Ankarada törədilən terror aktının əslində, seçkilərə kölgə salmaq məqsədi güddüyünü bildirdi. O, seçkilərin keçirilməsini və sağ-salamat başa çatdırılmasını öz-özlüyündə bir müfəffəqiyyət olaraq dəyərləndirdi.

 Akdoğan vətəndaşların dövlətin qərarlı davranışını  qiymətləndirdiyini nəzərə çatdıraraq: "Seçkilərin təhlükəsizliyi məsələsində də dövlət lazım olan addımları atdı.  Alınan tədbirlərin nə qədər düzgün olduğu göründü. Bu da böyük nailiyyətdir" dedi


Etiketlәr:

Әlaqәli Xәbәrlәr