Terror tǝşkilatı PKK-ya qarşı ǝmǝliyyatlar davam edir

Hakkari vilayǝtinin Yüksǝkova qǝsǝbǝsindǝ terror tǝşkilatı PKK-ya qarşı bu gün dǝ davam edǝn ǝmǝliyyatlarda bir hǝrbçi şǝhid olub.

363138
Terror tǝşkilatı PKK-ya qarşı ǝmǝliyyatlar davam edir

Hakkari vilayǝtinin Yüksǝkova qǝsǝbǝsindǝ terror tǝşkilatı PKK-ya qarşı bu gün dǝ davam edǝn ǝmǝliyyatlarda bir hǝrbçi şǝhid olub.
4 terrorçunun zǝrǝrsizlǝşdirildiyi ǝmǝliyyat davam edir.
Bölgǝdǝ aparılan axtarış fǝaliyyǝtlǝri zamanı müxtǝlif silah-sursat ǝlǝ keçirilib.
Çuxurca qǝsǝbǝsindǝ isǝ terror tǝşkilatından qaçan 2 terrorçu tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olub.
Dağlıca vǝ İraqın şimalına istiqamǝtli hava ǝmǝliyyatlarında terror tǝşkilatına aid 16 hǝdǝf mǝhv edilib.
Türkiyǝ Silahlı Qüvvǝlǝri (TSK) tǝrǝfindǝn Hakkaridǝ hǝyata keçirilǝn ǝmǝliyyatlardan sonra Yüksǝkova qǝsǝbǝsindǝki İkiyaka dağları terror tǝşkilatı PKK üçün bir mǝzarlığa çevrildi.
Terrorçulardan tǝrǝfindǝn “Türkiyǝnin Kandil”i kimi qǝbul edilǝn vǝ “Doski Vadisi” olaraq adlandırılan bölgǝ, ölkǝyǝ asanlıqla keçiş ilǝ silah-sursat, ǝrzaq, geyim vǝ qış ayları üçün ǝrzaq anbarları ilǝ terrorçuların heç bir yerdǝn yardım almadan 6-7 ay yaşamalarına imkan yaradır.
İraqın şimalından Türkiyǝyǝ daxil olan terrorçular heç bir yük daşımadan bu dağlardakı mağaralara gǝlir, silah-sursatlarını buradan götürǝrǝk başda Dağlıca bölgǝsindǝki hǝrbi dǝstǝlǝr olmaqla Silahlı Qüvvǝlǝrin digǝr mǝrkǝzlǝrinǝ hücum edǝ bilirdilǝr.
Әmǝliyyatdan sonra buna son qoyulma mǝrhǝlǝsinǝ çatılıb.
İkiyaka dağları vǝ arasındakı Doski vadisi böyük nisbǝtdǝ terrorçulardan tǝmizlǝnib. Qalan terrorçuların zǝrǝrsizlǝşdirilmǝsi üçün isǝ Quru Qüvvǝlǝr Komandirliyinǝ bağlı hǝrbi dǝstǝlǝrlǝ Van şǝhǝri Jandarma Asayiş komandirliyi vǝ xüsusi tǝlim keçmiş ǝsgǝrlǝrdǝn ibarǝt komandirliyin ǝmǝliyyatları davam edir.
Bu çǝrçivǝdǝ bazar ertǝsi günü Hakkari vilayǝtinin İkiyaka dağları bölgǝsindǝki terror tǝşkilatı PKK-nın hǝdǝflǝrinǝ yönǝldilmiş ǝmǝliyyat hǝyata keçirilib.
Hava Qüvvǝlǝri Komandirliyinǝ bağlı F-16 vǝ F-4 2020 tǝyyarǝlǝri ilǝ hǝyata keçirilǝn ǝmǝliyyatlarda PKK-ya aid son qalıqlar olaraq dǝyǝrlǝndirilǝn sığınacaq yǝrlǝri vǝ silah anbarları da daxil 40-dan artıq hǝdǝf vurulub.
Әmǝliyyatlardan sonra İkiyaka dağları ilǝ ǝlaqǝsi kǝsilǝn, silah-sursat dǝstǝyi ala bilmǝyǝn ölkǝ daxilindǝki terrorçular bununla bağlı problem yaşamağa başlayıb. Bunun nǝticǝsindǝ PKK terror tǝşkilatının şǝhǝrdǝki tǝşkilatlanması YDG-H ünsürlǝrini yaşayış mǝntǝqǝlǝrindǝ hücuma çağırdı.
Terror tǝşkilatının bölgǝdǝ tǝnhalaşdığı vǝ çǝtin vǝziyyǝtdǝ qaldığı, terrorçular arasındakı radio danışıqlarından da dǝqiqlǝşdirildi.
Terrorçular mǝrkǝz qǝrargaha “Yüksǝkovada, Dağlıcada xalq dǝstǝk vermir, siçanlar kimi çöldǝ qaldıq, çǝtin vǝziyyǝtdǝyik” mesajı göndǝrdi.
İkiyaka dağları, terror tǝşkilatı PKK-nın “son müqavimǝt mǝrkǝzi” olmasına görǝ böyük ǝhǝmiyyǝt daşıyır. Bu bölgǝnin yaxınlığında yerlǝşǝn dağlıcaya edilǝn terror hücumlarının ǝsasını da bu dağlarda yerlǝşmiş terror tǝşkilatı üzvlǝri tǝşkil edir.
İkiyaka Dağları vǝ Doski Vadisinǝ yönǝldilmiş hava hücumlarından sonra bölgǝ xalqı rahat nǝfǝr dǝrdi vǝ rahatlaşdı.
Dağlıcadakı xalq da ǝsgǝrlǝrǝ dǝstǝk verǝrkǝn son seçkilǝrdǝ terror tǝşkilatına yaxın mǝtbuat orqanlarında yer tutan "Dağlıcada, xalk da ǝsgǝr dǝ HDP-yǝ seçkidǝ sǝs verdi" xǝbǝrlǝri dǝ tǝkzib edildi. Dağlıcada verilǝn vǝ rǝsmi qǝbul edilǝn 499 sǝsin sadǝcǝ 20-ünü HDP toplaya bilib.
Bölgǝ xalqı bu 200 sǝsi salanlardan çoxunun YDG-H üzvlǝrinin güclü tǝzyiqi vǝ tǝhdidi sǝbǝbindǝn sǝs verdiklǝrini ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr