Sinirlioğlu Ərbildə rəsmi səfərdədir

Türkiyənin Xarici işlər Naziri Firidun Sinirlioğlu İraqın Ərbil şəhərinə rəsmi səfər etdi.

409595
Sinirlioğlu Ərbildə rəsmi səfərdədir

Nazir onu müşaiyət edən heyətlə birlikdə İraq Kürd Regional Rəhbərliyinin (İKBY) Baş Naziri Neçirvan Bərzani ilə görüşdü.

Görüşdə Türkiye-IKBY arasındakı əlaqələr və regional proseslər müzakirə olundu.

Bu gün isə Türkiyənin Xarici işlər Naziri səfər proqramı çərçivəsində  İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani ilə görüşəcək.

Sinirlioğlu Yaxın Şərq Araşdırmalar Mərkəzində keçiriləcək konfransa da qatılacaq.

Konfransda İraq və Yaxın Şərqdəki böhran,  terror təşkilatı DEAŞ ilə mübarizə məsələlərinin müzakirə olunması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr