Dövlǝt başçısı Әrdoğan seçki nǝticǝlǝrini dǝyǝrlǝndirib

363182
Dövlǝt başçısı Әrdoğan seçki nǝticǝlǝrini dǝyǝrlǝndirib

Dövlǝt başçısı Әrdoğan seçki nǝticǝlǝrini dǝyǝrlǝndirib
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan millǝtin 1 noyabr seçkilǝrindǝ koalisiya istǝmǝdiyi, yoluna güclü bir tǝkbaşına iqtidarla davam etmǝk istǝdiyi mesajını verdiyini söylǝyib.
Әrdoğan bildirib ki, millǝt siyasǝtin qanuni imkanları ǝvǝzinǝ terror tǝşkilatı metodlarının mǝnimsǝnmǝsinin sǝhv olduğunu dǝqiq şǝkildǝ göstǝrdi vǝ qeyri-qanuni yollara üz tutanlara bir daha ses verǝrǝk xǝbǝrdarlıq etdi.
Әrdoğan Cümhurbaşqanlığı sarayında qǝbul etdiyi kǝnd icra hakimiyyǝti nümayǝndǝlǝrini qǝbulunda bazar günü keçirilǝn parlament seçkilǝrinin nǝticǝlǝrini dǝyǝrlǝndirib.
“İctimai mühǝndisliyin cǝhdlǝri milli iradǝ qarşısında yenǝ nǝticǝsiz qalmışdır” deyǝ vurğulayan Әrdoğan bildirib ki, demokratiyamızı, dincliyimizi pozan heç bir partiyanın millǝtimizin dǝstǝk vǝ tǝqdirini qazana bilmǝyǝcǝyi ortaya çıxdı.
Terrorla mübarizǝnin fasilǝsiz davam edǝcǝyini dǝ vurğulayan Dövlǝt başçısı, terror tǝşkilatı tǝrki- silah edǝrǝk bütün nümayǝndǝlǝri tǝslim olana vǝ yaxud da ölkǝ xaricinǝ çıxaraq ölkǝni tǝrk edǝnǝdǝk bu mübarizǝnin davam edǝcǝyini bildirib.
Gǝlǝcǝk dövrdǝ terror mǝsǝlǝnin hǝllǝ qovuşması üçün mübahisǝ yox nǝticǝ ǝldǝ edilmǝsinin daşıdığı ǝhǝmiyyǝtǝ toxunan Dövlǝt başçısı qeyd edib ki, bu prosesǝ bir ad axtarılırsa, bunun adı “Milli birlik vǝ qardaşlıq prosesi”dir.
Dövlǝt başçısı Cǝnub-şǝrqi Anadolu bölgǝsindǝ bǝzi şǝhǝrlǝrdǝ tǝhlükǝsizlik qüvvǝlǝrinin ǝmǝliyyatlarına mane olmaq üçün küçǝlǝrǝ xǝndǝklǝr qazıldığını xatırladıb.
Dövlǝt başçısı 1 noyabr seçkilǝrinin ǝn önǝmli mesajlarından birinin dǝ bu olduğunu vurğulayıb, Türkiyǝ tez zamanda yeni konstitusiya mǝsǝlǝsini hǝll etmǝlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr