Ərdoğanın parlament seçkilərindən sonra ilk qəbulları

Türkiyənin Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan AK Partiyanın parlament seçkilərində qələbəsindən sonra ilk dəfə Baş Nazir Əhməd Davudoğlunu qəbul etdi.

409407
Ərdoğanın parlament seçkilərindən sonra ilk qəbulları

Prezident Sarayında  keçirilən görüşdə Ərdoğan AK Partiyanın 1 Noyabr seçkilərindəki qələbəsi münasibətilə Davudoğlunu təbrik etdi.

Görüşdə, həmçinin, seçkilər və onun nəticələri dəyərləndirildi, bundan sonrakı proses müzakirə olundu.

Prezident Baş Nazirdən sonra Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT)  Müşaviri Hakan Fidanı qəbul etdi.

Seçkidən sonrakı bu ilk görüş də bir saat 15 dəqiqə çəkdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr