Əhməd Davudoğlu: "Ölkəmiz və demokratiya qǝlǝbǝ qazandı"

Baş nazir Əhməd Davudoğlu, parlamentǝ keçirilǝn seçkinin mağlubu olmadığını, ölkə və demokratiyanın qǝlǝbǝ qazandığını qeyd edib.

362575
Əhməd Davudoğlu: "Ölkəmiz və demokratiya qǝlǝbǝ qazandı"

Topkapı Sarayında tǝşkil edilǝcǝk 2015-ci il Mədəniyyət və İncəsənət Böyük Mükafat Mərasiminə qatılmaq üçün İstanbula gedən Davudoğlu, Atatürk Havalımanında toplanan xalqa xitabǝn çıxışında AKP iqtidarı dövründǝ bütün vǝtǝndaşları qucaqladıqlarını vǝ bunun davam edǝcǝyini vurğulayıb.
Bir Noyabrda parlamentǝ keçirilǝn seçkinin qalibi yoxdur, bu 78 milyon vatandaşımızın, əziz millətimizin, ölkəmizin, demokratiyamızın, seçkilərin qǝlǝbǝsidir deyǝn Baş nazir Davudoğlu, “Seçici, AKP güvǝndiyini sǝs qutularında göstərdi. iqtidara gəldiyimiz gündən bəri xalqın etibarını qazanmaqda davam edirik. Dünya demokratiya tarixində belə bir şey yoxdur, 13 il iqtidardan sonra, bu seçkilǝrdǝ dǝ 49,5 faiz sǝs topladıq. Bu xalqın AKP-yǝ etibarının göstǝricisidir. Bizim üçün iki qrup vətəndaşımız vardır; bu gün AKP-yǝ səs verənlər, sabah verəcək olanlar” deyə qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr