Xaricdə yaşayan Türkiyə vətəndaşlarının əksəriyyəti AKP-ni seçdi

Xaricdə yaşayan 2 milyon 899 min 59 Türkiyə vətəndaşı səs verib.

407585
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının əksəriyyəti AKP-ni seçdi

Qeyri-rəsmi nəticələrə görə, Ədalət və İnkişaf partiyası səslərin 56.37 faizini toplayaraq birinci oldu.
İyunun 7-də keçirilən seçkilərin nəticələrinə görə, 50.37 faiz səs toplayan AKP noyabrın 1-də səs sayını 56.37 faizə yüksəldib.
HDP isə xaricdə yaşayan Türk vətəndaşlarının 19.17 faiz səsini toplayaraq ikinci partiya olub.
CHP 15.40 faiz ilə üçüncü , MHP isə 7.5 faiz ilə dördüncü olub.
Qeyd edək ki, xaricdə ən çox səs Almaniyada verilib. Almaniyanı 147 min 988 səs ilə Fransa və 114 min 624 səs ilə Hollandiya təqib edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr