Dövlət Baxçalı:" Seçki nəticələri ilə bağlı xalqın qərarına hörm

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı seçki nəticələri ilə bağlı xalqın qərarına hörmətlə yanaşdıqlarını, məsuliyyətdən qaçmadıqlarını bildirib.

361873

Rəsmi olmayan nəticələrə görə Milliyətçi Xalq Partiyası seçkidə 11,9 faiz səs qazandı.
Seçkinin nəticələrindən sonra Milliyətçi Xalq Partiyası qərargahı sükuta qərq oldu.
Bununla da səsləri iyunun 7-də keçirilən seçkilərlə müqayisədə 4 faiz enən MHP xəyal qırıqlığına uğradı.
İyunun 7-dən sonra 80 millət vəkili ilə Böyük Millət Məclisində yer alan MHP yeni formalaşan parlamentdə 41 deputatla təmsil olunacaq.
MHP-dən Koray Aydın və Durmuş Yılmaz kimi adlar isə deputat mandatı qazana bilmədilər.
Rəsmi olmayan nəticələrdən sonra Milliyətçi Xalq Partiyasının lideri Dövlət Baxçalı yazılı bir açıqlama verdi.
Millətin qərarına hörmətlə yanaşdıqlarını, məsuliyyətdən qaçmağın mümkün olmadığını bildirən Baxçalı partiyanın bütün kadrlarının səbrlə, sədaqətlə və inamla vəzifələrinin başında olduğunu bildirdi.
Bəzi MHP-çilər partiyanın binası qarşısına gələrək Baxçalıya dəstək verdi.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr