Baş nazir Davudoğlu: "Seçkilərdə Türkiyə qələbə qazanıb"

Baş nazir Əhməd Davudoğlu, seçkilərdə məğlubiyyətin olmadığını, Türkiyənin qazandığını bildirib.

361829
Baş nazir Davudoğlu: "Seçkilərdə Türkiyə qələbə qazanıb"

Ədalət və İnkişaf Partiyasının lideri və Baş nazir Əhməd Davudoğlu, AK Partiya Mərkəzinin qarşısında toplanan coşğulu xalqa səsləndiyi balkon çıxışında “qazanılan bu uğurla qayğı və narahatlıqlar yerini ümidə buraxdı. Hər kəsin hüququ zəmanət altındadır. 78 milyon vatandaşımızın hüququ mütləq surətlə qorunacaq" deyib.
Bütün vətəndaşları qucaqlamaqda davam edəcəklərini ifadə edən Baş nazir, Türkiyədə hər kəsin şərəfli həyat yaşaması üçün lazımlı adımların indən sonra da atılacağını , vaxt itirmədən birlik bərabərlik çərçivəsində dərhal xalqa xidmət etməyə başlayacaqlarını, sülhün hökm sürəcəyi yeni bir Türkiyə üçün həmişə həmrəylik çərçivəsində lazımlı adımları atacaqlarını qeyd edib. Bütün partiyalara milli və azad bir konstitusiya hazırlamaq üçün müraciət edən Əhməd Davudoğlu “Gəlin çevriliş qanunlarını tərk edib, mülki və azad bir konstitusiya üçün əməkdaşlıq edək” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr