Türkiyədə bu gün parlament seçkiləri keçirilir

Səsvermə hüququ olan 54 milyon 49 min 940 seçici 175 min 6 seçki məntəqəsində səs verə biləcək.

406184
Türkiyədə  bu gün parlament seçkiləri keçirilir

Seçkidə Ədalət və İnkişaf partiyası, Müstəqil Türkiyə partiyası, Böyük Birlik partiyası, Cumhuriyyət Xalq partiyası, Demokrat partiyası, Demokratik Sol partiyası, Xalqların Demokratik Partiyası, Kommunist partiyası, Millət partiyası, Milliyyətçi Hərəkat partiyası, Səadət partiyası, Vətən Partiyası və Xalqın Qurtuluş partiyası, Haqq və Azadlıqlar partiyası, Doğru Yol partiyası , Liberal Demokrat partiyası olmaqla 16 siyasi partiya iştirak edəcək.
Seçkidə həmçinin Türkiyə daxilində 21 müstəqil millət vəkili namizədi də iştirak edəcək.
Səsvermə prosesi noyabrın 1-i saat 08:00-da başlayacaq və saat 17:00-də sona çatacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (YSK)ın qərarına əsasən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır və Kilisdə səs vermə prosesi saat 07:00-da başlacaq və 16:00-da sona çatacaq.
Xatırladak ki, seçki saatı sona çatdıqdan sonra seçicilər səs verə bilməyəcəklər.
Xaricdə yaşayan Türk vətəndaşları isə sərhəd məntəqələrində noyabrın 1-i saat 17-dək səs verə biləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr