Şenol Göka ABU-un Ümumi İclasına Sədr Müavini seçildi

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Baş Direktoru Şenol Göka İstanbulda təşkil edilən Asiya-Sakit Okean ölkələri Yayım Birliyinin 52-ci (ABU) Ümumi İclasına Sədr Müavini seçilib.

361327
Şenol Göka ABU-un Ümumi İclasına   Sədr Müavini seçildi

68 üzv ölkədən 275 yayımçının iştirak etdiyi iclasda TRT yenə də 3 il müddətinə İdarə Heyəti üzvlüyünə seçilib.
Asiya-Sakit Okean ölkələri Yayım Birliyi (ABU)un 52-ci Ümumi İclasının bir həftə davam edən yığıncaqlarının gündəmində medianın aktual problemləri yer alıb.
Yığıncaqların birində çıxış edən TRT Baş direktorunun müavini İbrahim Eren TRT-nin əlillər üçün etdiyi xüsusi yayımlarına toxunaraq: "TRT ictimai teleradio qurumudur. Bu çərçivədə əlillər üçün də xüsusi proqramlar hazırlayırıq. Məsələn, eşitmə və görmə problemi olan insanlar üçün hazırladığımız serial, xəbər və sənədli filmlərdən ibarət xüsusi internet saytımız var. Bu sayt ayda, orta hesabla, 200 min adam tərəfindən böyük maraqla izlənilir."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr