Türkiyə növbədənkənar seçkilərə gedir

Noyabrın 1-də Türkiyə 26-cı Dönəm Parlament seçkilərinə gedir.

360334
Türkiyə növbədənkənar seçkilərə gedir

Seçkidə 54 milyon 49 min 940 seçici 175 min 6 seçki məntəqəsində səs verəcək.
Seçkidə 16 siyasi partiya və 21 müstəqil millət vəkili namizədi yarışacaq.
Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, 1 Noyabrda Şərqi və Cənub-şərqi Anadolu bölgələrində səs vermə 07.00-16.00 arasında, digər bölgələrdə isə 08.00- 17.00 arasında həyata keçiriləcək.
Səs verməyin son saatı gəldiyində seçki məntəqəsində səslərini vermək üçün gözləyən seçicilər varsa, məntəqə seçki komissiyasının sədri, seçiciləri saydıqdan və şəxsiyyət vəsiqələrini aldıqdan sonra növbə ilə səs verməyə icazə verəcək. YSK-nın müəyyən etdiyi son saatdan sonra gələn seçicilər səs verə bilməyəcəklər.
Seçici bildiriş kağızı gəlməyən vətəndaşlar da səs verəcəklər. Bilririşi olmayan, lakin qeydiyyatda olanlar şəxsiyyət vəsiqələrini təqdim edərək səs verə biləcəklər.
Türkiyə Cümhuriyyəti şəxsiyyət nömrəsi qeyd olunan vəsiqə, şəxsiyyət vəsiqəsi , pasport, nikah haqqında sənəd, hərbi bilet, sürücülük vəsiqəsi kimi rəsmi xarakterli sənədlərdən birini məntəqə sədrinə təqdim etməyən vətəndaşlar səs verə bilməyəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr