Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları səs verdilər

Xarici ölkələrdə yaşayan Türk seçicilərinin 1 Noyabr seçkisi üçün verdikləri səslərin Türkiyəyə gətirilməsi prosesi davam edir.

359457
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları səs verdilər

Düsseldorf, Essen, Frankfurt, Köln, Mainz, Münster Anvers, Brüssel, Amsterdam, Deventer və Rotterdamda doldurulmuş bülletenlərdən ibarət 403 diplomatik torba, Türk Hava Yollarına (THY) aid təyyarə ilə Ankara Hava Limanına gətirildi.
Bu təyyarədən dərhal sonra Berlin, Hamburq, Hannover, Kopenhagen, Stokholm, Londondan 193 diplomatik torbanın olduğu təyyarə da Ankaraya endi.
Təyyarələrdə olan və konteynerlərə yerləşdirilmiş 596 səsvermə bülletenləri torbaları tırlara yükləndi.
Torbaların təhvil-təslim aktları rayon seçki komissiyası üzvləri, partiya nümayəndələri və Xarici Ölkələr üzrə Rayon Seçki Komissiyasının Sədri Hakim Mehlika Aytaç tərəfindən imzalandı.
Təhvil alınmış səs torbaları Ankaradakı Xarici Ölkələr üzrə Rayon Seçki Kamissiyasında noyabrın 1-nə qədər saxlanacaq.
Səslər Noyabrın 1-də axşam saatlarında bütün ölkə üzrə səsvermə başa çatdıqdan sonra sayılacaq.
Oktyabrın 8-də başlayan 54 ölkə 113 nümayəndəlikdəki səs vermə prosesi oktyabrın 25-də başa çatmışdı.
1 milyon 160 min 38 seçici səs verdi. Beləliklə, gömrük məntəqələrini çıxmaq şərtilə seçkidə iştirak nisbəti 40% olaraq reallaşdı.
Gömrük məntəqələrində səsvermə prosesi noyabrın 1-i saat 17-yə qədər davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr