Baş nazirin köməkçisi Yalçın Akdoğan gündəmlə bağlı açıqlamalar

Baş nazirin köməkçisi Yalçın Akdoğan oktyabrın 10-da Ankarada törədilən terror aktının bəzi qüvvələr tərəfindən dəstəkləkləndiyini söyləyib.

401156
Baş nazirin köməkçisi Yalçın Akdoğan gündəmlə bağlı açıqlamalar

Baş nazirin köməkçisi Yalçın Akdoğan oktyabrın 10-da Ankarada törədilən terror aktının bəzi qüvvələr tərəfindən dəstəkləkləndiyini söyləyib.
TRT-xəbərin qonağı olan Yalçın Akdoğan gündəmlə bağlı açıqlamalar verib.
Akdoğan bildirib ki, hörmətli prezidentimizin Ankarada törǝdilǝn terror aktı ilə bağlı söylədiyi ifadələr bunu deməyə əsas verir. Yəni bu, bir təşkilat ola bilər. Onun arxasında, daha bir təşkilat, onun da arxasında daha böyük bir təşkilat.
Terror təşkilatı PKK-nın silahdan istifadə etməmək barədə qərarının da taktiki addım olduğunu açıqlayan Yalçın Akdoğan PKK-nın həm üzvlərinə, həm də digər tǝşkilatlarına təşkilatlara silah və kamikadzelik təlimatı verdiyini bildirib.
Akdoğan həll prosesinin hazırkı durumda təkrar başlamasının mümkün olmadığını söyləyib.-"Siz xoşməramlı prosesi davam etdirmək istəsəniz belə bu mövcud vəziyyətdə heç nəyi davam etdirə bilməzsiniz. Türkiyəni təşkilatın tərk etməsi, silahları yerə qoyması, bu şərtlər yaranacağı tǝqdirdǝ proses davam davam edə bilər" deyə danışıb.
Akdoğan Türkiyənin terrorla mübarizənin sonuna qədər davam edəcəyini dǝ vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr