"Bizim ǝn böyük vǝdimiz etimad vǝ sabitliyin yaranmasıdır"

Baş nazir Әhmǝd Davudoğlu ilk plandaki mǝsǝlǝnin ölkǝdǝ demokratiya, azadlıqlar ilǝ sabitliyin eyni anda tǝmin edǝ bilǝcǝk siyasi mühitin yaranması olduğunu söylǝyib.

400792

İstanbulda tǝşkilatlı sǝnaye bölgǝlǝri idarǝçilǝrilǝ qǝlyanaltıda bir araya gǝlǝn Baş nazir deyib ki, bizim ǝn böyük vǝdimiz etimad vǝ sabitlikdir. Millǝtimizin ǝli ilǝ siyasi sabitliyi tǝmin etsǝk, iqtisadiyyatda sabitliyi yaratmaq isǝ bizim işimizdir. Heç bir yerdǝ iqtisadiyyat ilǝ siyasǝt ayrı fikirlǝşilmǝz.
“Siyasi sabitlik varsa iqtisadi sabitlik vǝ planlaşdırma da mümkün olur. Lakin siyasi bir xaosa, ayrıca tǝhlükǝsizliklǝ bağlı xaosa, ǝtrafımızdaki atǝş dairǝsi daxilindǝki ölkǝlǝrdǝ gördüyümüz kimi böhran olsa iqtisadiyyatın davam etmǝsi qeyri-mümkündür”-deyǝ Baş nazir vurğulayıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr