Türkiyə qış saatına 25 oktyabr deyil, 8 noyabrda keçəcək

Qış saatı tətbiqinə 1 noyabr Parlament seçkilərilə əlaqədar iki həftə sonra - 8 noyabrda keçiləcək.

398663
Türkiyə qış saatına 25 oktyabr deyil, 8 noyabrda keçəcək

  Qış saatı tətbiqinin başlayacağı günün təxirə salınması ilə bağlı tənzimləmə Enerji və Təbii Qaynaqlar naziri Əli Rza Alaboyunun imzasıyla Baş Nazirliyə göndərilib.

  Qeyd edək ki, Nazirlər Kabinetinin qərarıyla yaz saatı tətbiqi çərçivəsində gün işığından daha çox faydalanmaq və elektrikə qənaət etmək üçün saatlar 29 martda sübh 03.00-dən etibarən saatlar 1 saat irəli çəkilmişdi. Bununla əlaqədar 25 oktyabrda yaz saatı tətbiqi sona çatmalı və saatlar sübh 04.00-dən etibarən 1 saat geri alınmalı idi.

  Edilən yeni tənzimləmə istiqamətində bu il yaz saatı tətbiqi 1 noyabrda olacaq Parlament seçkilərilə bağlı 8 noyabrda sona çatacaq və bu tarixdə saatlar 04.00-dən 03.00-ə geri çəkiləçək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr