Türkiyənin ən böyük hərbi desant gəmisi üçün imzalar atıldı

Müdafiə Sənayesi Müşavirliyi tərəfindən istehsal edilən Türkiyənin ən böyük hərbi desant gəmisi ilə bağlı İstanbulda müqavilə imzalanıb.

398202
Türkiyənin ən böyük hərbi desant gəmisi üçün imzalar atıldı

  Mərasimdə gəminin düzəldilməsini boynuna götürən Sədəf Dəniz Memarlığı Şirkətinin icraçı direktoru (CEO) Metin Kalkavan, klassifikasiya xidmətini yerinə yetirən Türkiyə Loydu İdarə heyətinin sədri Cem Melikoğlu və digər qonaqlar iştirak edib.

  Metin Kalkavan bu desant gəmisinin Türkiyə Dəniz Qüvvələrinin ən böyük hərbi gəmisi olacağını vurğulayıb.

  6 ilə tamamlanacağı söylənilən gəmi 14 təyyarə, 20 vertolyot və tankları daşıma həcminə malik olacaq. Eyni zamanda, 1400 nəfərlik yatağı olacaq bu gəminin zəlzələ, ya da hər hansı bir fəlakət zamanı təxminən 5 min adamı da alıb-yerləşdirə biləcək ehtiyat yeri və ləvazimatlarının olacağı bildirlir.

  Türkiyə dünyada bu gəmilərdən istifadə edən 10-cu ölkə sayılacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr