Sülh prosesini pozan və zəhərləyən terror təşkilatıdır

TRT Kurdi televiziyasının xüsusi buraxılışında sülh prosesi ilə bağlı sualları cavablandıran Yalçın Akdoğan bu məsələdə son vəziyyət və tıxanmanın səbəblərinə toxunub.

398576
Sülh prosesini pozan və zəhərləyən terror təşkilatıdır

  Baş nazir müavini AK Partiyanın yaranmasından bu günə qədər ortaya bir fəlsəfə qoyduqlarını, seçki bəyannamələri, təcili hərəkət planları və konkret siyasətlərlə bu müddəti reallaşdırmağa çalışdıqlarını, ancaq prosesin sabotaj edildiyini söyləyib.

  “Sülh (həll) müddəti terror təşkilatının silahları buraxması deməkdir” olduğunu diqqətə çatdıran Akdoğan deyib: "Bu müddət milli birlik və qardaşlıq müddətidir. Amma xalq ümidsizliyə uğradılır. Hökumət millət üçün hər şey edir, millətin istəmədiyi heç bir addımı atmır, böyük risklərlə göz-gözə qalır, əvəzləri baha ödəmə hesabına başa gəlsə də, vətəndaşı üçün nə lazımsa edir. Bəli, bu hökumət millətin təqdiqləməyəcəyi heç bir addımı atmaz, edə bilməyəcəyi öhdəliklərin altına girməz".

  “Terror təşkilatı Türkiyəni tərk edərsə, ölkədə tam mənasıyla sülh prosesinə yenidən başlanılar” deyən Baş nazir müavini onu da nəzərə çatdırıb ki, “7 iyun seçkilərindən sonra bu hücumları həyata keçirən və həll müddətini pozan və zəhərləyən ancaq terror təşkilatıdır. Sülh prosesinin sahibi bizik, lokomotiv və memarı bizik. Bu prosesi Rəcəb Tayyib Ərdoğan başlayıb".

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr