Ərdoğandan Putin-Əsəd görüşünə reaksiya

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qaziantepdə Hasan Kalyoncu Universitetinin tədris ilinin açılış mərasimində çıxış edib.

398877
Ərdoğandan Putin-Əsəd görüşünə reaksiya

  Burada Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədi qəbul etməsinə toxunan Ərdoğan deyib: "370 min adamın qatilini qırmızı xalçada qarşılamanın dövlətlərarası diplomatiyada yeri ola bilər mi? Təəssüf ki, insanlıq bunu da gördü".

  Ölkə başçısı terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin Tel Abyatı öz toprağı elan etməsinə də münasibət bildirib: "Terror təşkilatı PYD 90 faiz ərəb və 5 faiz türkmən olan Tel Abyatı kanton elan etməyə haqqı yoxdur. Onun məqsədi Suriyanın şimalını ələ keçirməkdir. Amma açıq-aşkar deyirəm: biz şimali Suriyanı bunların planlarına əsla qurban verməyəcəyik. Çünki bu, bizə təhdiddir. Bu təhdidə Türkiyə olaraq “bəli” demək mümkün deyil… PYD içində 1400 PKK terrorçusu var. Bunların istifadə etdiyi silahların hansı ölkəyə məxsus olduğunu bilirik… Bu gün Suriya məsələsi beynəlxalq cəmiyyətin gündəmində üst sıralara qədər dırmanıb. Türkiyə ilk gündən müdafiə, terrordan təmizlənmiş bölgə, uçuşa qadağan zona, təlim-təchiz tətbiqlərinin zərurətini hiss edir və günbəgün bunu daha yaxşı başa düşür".

  Nobel Sülh Mükafatı verilərkən yanaşılan ikili standartlar barədə isə Ərdoğan belə deyib: "Nobelə layiq olanlar sərhədlərinə gələn insanlara qapılarını bağlayanlar deyil, illərdir ağır şəraitdə ölkələrinin azaldığını gözləyən suriyalı və onlara sahib çıxan qaziantepli, istanbullu qardaşlarımızdır".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr