Van zəlzələsindən 4 il keçdi

Vanda 2011-ci ilin 23 oktyabrında meydana gələn zəlzələdə həyatını itirənlər zəlzələnin 4-cü ildönümündə məzarları başında yada salınıb.

398044
Van zəlzələsindən 4 il keçdi

  Vanın mərkəzi və Erciş qəsəbəsindəki kəndlərdə 644 adamın ölümünə səbəb olan 7,2 gücündə zəlzələnin üzərindən 4 il keçməsinə baxmayaraq, dağıntı altında həyatını itirənlərin acısı hələ də ürəkləri yandırır.

  Dövlətin verdiyi yeni binalara köçən və sağ qalan yaxınlarıyla ağrılarını bölüşən vətəndaşlar itirdikləri qohumlarının məzarları başına toplanıblar. Onlar ana, ata, həyat yoldaşı və uşaqları üçün məzarları başında dualar oxuyublar.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr