Başqa Türkiyə portreti çəkmə səyləri ən böyük haqsızlıqdır!

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, terror hadisələrinə baxmayaraq, Türkiyənin inkişafa davam etdiyini bildirərək deyib: “Türkiyə iqtisadiyyatı 2023-cü ildə dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına girəcək.”

397682
Başqa Türkiyə portreti çəkmə səyləri ən böyük haqsızlıqdır!

  Bütün Sənaye və İş Adamları Dərnəyinin (TÜMSİAD) İstanbuldakı Baş İdarəsində Ərdoğan çıxış edib: "Türkiyə 2003 – 2014-cü illər arasında hər il orta hesabla 5 faiz inkişaf edib. Bu böyümə həm də 2008-ci ildən bəri dünyanın bir çox ciddi maliyyə böhranının yaşandığı dövrdə reallaşıb. Bu il həm Parlament seçkiləri, həm artan terror hadisələri, həm də 1 noyabrda olacaq təkrar seçkilərə baxmayaraq, 2015-ci ilin ilk rübündə 2,3 və ikinci rübündə isə 3,8 faiz inkişaf dərəcələri bu meylin davam etdiyini göstərir.”

  Antalyada 15-16 noyabr tarixlərində keçiriləcək G 20 Liderlər Zirvə Toplantısının son dərəcə əhəmiyyətli bir addım olacağını vurğulayan Ərdoğan İstanbulda keçirilən “Gənc 20” və “Qadın 20”nin də mühüm tədbirlər olduğunu nəzərə çatdırıb.

  Dövlət başçısı atdıqları addımlarla dünyada yeni bir üfüq açmaq səyi içində olduqlarını ifadə edərək Türkiyənin dünyaya müxtəlif töhfələr verdiyini və yenə verəcəyinə inandığını dilə gətirib.

  Ərdoğan Türkiyəni öz vətəndaşları ilə yanaşı hər il xaricdən gələn 400 min nəfərə də keyfiyyətli səhiyyə xidməti verən ölkə kimi dəyərləndirib.

  Türkiyədə inşaat işlərinə də toxunan ölkə başçısı 2003-cü ildən bu yana 279 anbar, 144 tunel, 679 min yaşayış binası inşa edildiyindən bəhs edib.

  Daha sonra Ərdoğan deyib: “Bu gün bəziləri Türkiyəni yalnız terror, terror təşkilatlarının fəalları, Suriyadan gələn immiqrant dalğaları və İraqdakı proseslərlə əlaqədar önə çıxarmağa çalışır. Amma bunlardan ibarət bir Türkiyə portreti çəkmə səyləri bu ölkəyə və bu millətə edilən ən böyük haqsızlıqdır”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr