Milli Təhlükəsizlik Şurasının son iclası baş tutub

Milli Təhlükəsizlik Şurasının noyabrın 1-də keçiriləcək parlament seçkiləri öncəsi son toplantısı baş tutub.

395985
Milli Təhlükəsizlik Şurasının son iclası baş tutub

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi iclasda terrorizmə qarşı mübarizənin qətiyyətlə davam edəcəyi vurğulanıb.
İclasda Ankaradakı terror hücumu, aparılan araşdırmalar da əsas müzakirə mövzularından olub.
Suriyada baş verən proseslərin də müzakirə olunduğu toplantıda terror təşkilatı PKK-nın Suriyadakı qollarının beynəlxalq aləmdə terror təşkilatı kimi tanınmasının əhəmiyyəti dilə gətirilib.
Qeyd edək ki, terror təşkilatı DEAŞ-la da mübarizənin qətiyyətlə davam edəcəyi vurğulanıb.
Suriyadan gələn qaçqınlar probleminin də müzakirə olunduğu toplantıda məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin real addımlar atmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı Yəmən, Liviya, Misir, Şimali Afrika, Orta Şərqdəki proseslər və Kıbrısdakı müzakirə prosesi də iclasın günsəliyinə daxil edilib.
İsrailin bəşəriyyətin ortaq mirası Qüds şəhəri və Məscidül-Əqsaya qarşı həyata keçirilən zorakılığının da qəbuledilməz olduğu iclasda xüsusi vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr