Ankaradakı terror hadisəsi ilə bağlı istintaq işlǝri davam edir

Ankarada 102 nǝfǝrin hǝlakına gǝtirib çıxaran terror aktını törǝdǝnlǝrdǝn biri terrorçu-kamikadze Yunus Әmrǝ Alagözdür.

356804
Ankaradakı terror hadisəsi ilə bağlı istintaq işlǝri davam edir

Ankarada 102 nǝfǝrin hǝlakına gǝtirib çıxaran terror aktını törǝdǝnlǝrdǝn birinin terrorçu-kamikadze Yunus Әmrǝ Alagöz olduğu açıqlanıb.

Ankara Cümhuriyyǝt Baş Prokurorluğu digǝr terrorçu-kamikadzenin şǝkildǝn müǝyyǝnlǝşdirildiyini, dǝqiq şǝxsyyǝtinin müǝyyǝn edilmǝsi üçün fǝaliyyǝtlǝrin davam etdiyini bildirib vǝ bu şǝxsin terror aktını törǝtmǝk mǝqsǝdilǝ cǝnub sǝrhǝdlǝrimizǝ qonşu bir ölkǝdǝn gǝldiyinin aşkarlandığı qeyd edilib.

Ankarada 102 nǝfǝrin hǝlakına gǝtirib çıxaran terror aktını törǝdǝnlǝrdǝn birinin terrorçu-kamikadze Yunus Әmrǝ Alagöz olduğu açıqlanıb.
O, iyulun 20-də Şanlıurfa vilayǝtinin Suruç qǝsǝbǝsindǝ partlayış törədən vǝ DEAŞ ilǝ əlaqəsi olan terrorçu-kamikadzǝ Әbdürrǝhman Alagözün qardaşıdır.
Polis idarǝsi Ankaradakı terror aktını törǝdǝn terrorçu-kamikadzelǝrdǝn birinin şǝxsiyyǝtini ifadǝlǝr çǝrçivǝsindǝ dǝqiqlǝşdirib vǝ fotorobotunu hazırlayıb.
Polis idarǝsi Alagözün şǝxsiyyǝtini DNT testi ilǝ dǝqiqlǝşdirib, sonra da 1500 görüntündǝn terrorçunun görüntülǝrini tapıb.
Ankara Cümhuriyyǝt Baş Prokurorluğu tǝrǝfindǝn verilǝn açıqlamada isǝ iki terrorçu-kamikadzeyǝ yardım etdiklǝrinǝ görǝ şübhǝli bilinǝn 20 nǝfǝr haqqında mǝhkǝmǝ prosesi başladılıb vǝ 11 nǝfǝr saxlanılıb. Açıqlamada hadisǝ ilǝ ǝlaqǝsi olduğu fikirlǝşilǝn 9 şübhǝlinin isǝ qaçdığı ifadǝ edilib. Onların saxlanılması mǝqsǝdilǝ ǝmǝliyyat başladılıb.
Ayrıca şübhǝlilǝrǝ mǝxsus 5 anbarda yüzlǝrlǝ kilo bomba, 10 kamikadze köynǝyi vǝ çoxlu sayda silah-sursat ǝlǝ keçirilib.

Ankarada oktyabrın 10-da törədilən terror hadisəsindən sonra müxtəlif istiqamətlərdə təhqiqatlara başlayan prokurluq qanlı hadisədə “xarici dəstək” ehtimalını araşdırır. Bu mənada Milli Kəşfiyyat Təşkilatından xarici kəşfiyyat xidmətinin hadisənin törədilməsində rolu olmasının araşdırılması istənilib.
Kamikadze Yunus İmrə Alagözlə birlikdə Türkiyəyə gələn və hələ də tapılmayan digər 2 terrorçunun Qazantəpədə müdafiə qüvvələrinin əməliyyatları zamanı ələ keçməmək üçün təkrar Suriyaya keçdiyi ehtimal olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr