A-10 tipli döyüş tǝyyarǝlǝri İncirlik bazasına çatıb

ABŞ-ın Hərbi Hava Qüvvǝlǝrinǝ mǝxsus 12 ǝdǝd “tank qatili” adlanan A-10 tipli döyüş tǝyyarǝsi Türkiyǝnin Adana şǝhǝrindǝ yerlǝşǝn İncirlik bazasına çatıb.

395072
 A-10 tipli döyüş tǝyyarǝlǝri  İncirlik bazasına çatıb

ABŞ-ın Hərbi Hava Qüvvǝlǝrinǝ mǝxsus 12 ǝdǝd “tank qatili” adlanan A-10 tipli döyüş tǝyyarǝsi Türkiyǝnin Adana şǝhǝrindǝ yerlǝşǝn İncirlik bazasına çatıb.
ABŞ-ın Müdafiǝ Nazirliyi Pentaqon rǝsmisinin Anadolu xǝbǝr agentliyinǝ verdiyi açıqlamada, Corciya ştatında yerlǝşǝn Mudy hava bazasından qalxan 12 ǝdǝd A-10 Thunderbolt-2 tipli tǝyyarǝnin ötǝn gün İncirlik hava bazasına gǝtirildiyini bildirib.
Pentaqon rǝsmisinin mǝlumatına görə, hǝmin döyüş tǝyyarǝlǝri NATO hǝrbi qüvvǝlǝrinin birgə ǝmǝliyyatlarına dǝstǝk olacaq vǝ avqust ayı İtaliyadakı Aviano hǝrbi bazasından İncirlik bazasına gǝlǝn 6 ǝdǝd F-16 döyüş tǝyyarǝsini əvəz edəcək.
“Türkiyǝ NATO-ya üzv ölkǝdir, ABŞ-ın yaxın dostudur vǝ terror tǝşkilatı DEAŞ-la mübarizǝ aparan beynalxalq koalisiyanın önǝmli üzvüdür. ABŞ-ın hava hücumları üçün Türkiyǝnin hǝrbi bazalarından istifadǝ edilmǝsi vǝ tǝyyarǝlǝrǝ dǝstǝyi önǝmli faktdır”-deyǝ Pentaqon rǝsmisi vurğulayıb.
Qeyd edǝk ki, “tank qatili” adlanan A-10 tipli döyüş tǝyyarǝlǝri quru qoşunlara xüsusi ilə yaxından hava dǝstǝyinin tǝmin edilmǝsi mǝqsǝdilǝ istehsal edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr