Gürcüstan-Türkiyə arasında 3-cü sərhəd qapısı açıldı

Ardahan üzərindən Türkiyəni Gürcüstana bağlayan, iqtisadi və ticari əlaqələrə töhvə verəcək Çıldır Aktaş sərhəd qapısının dünən açılış mərasimi olub.

393883
Gürcüstan-Türkiyə arasında 3-cü sərhəd qapısı açıldı

Çıldır Aktaş Sərhəd qapısı Türkiyəni Gürcüstan üzərindən Qafqaz və Mərkəzi Asiyaya daha da yaxınlaşdıracaq.
Açılış mərasiminə gömrük və ticarət naziri Aşçi, mədəniyyət və tuzm naziri Yalçın Topçu ilə Gürcüstanın maliyyə naziri Nodar Qahaduri və Türkiyə Otaqlar və Birjalar Palatası sədri Rüfət Hisarçıqlıoğlu da qatılıb.
Gömrük və ticarət naziri cənab Aşçı xarici ticarətə sahiblik edən ölkələrin siyasi, mədəni və digər sahələrdə də söz sahibi olduqlarını bildirib.
Bu baxımdan ölkələrin daha çox ticarətə və bazarda daha çox söz sahibi olmaları üçün gömrük qapıları önəmlidir.
Xarici ticarəti inkişaf etdirmək və türkiyənin dünya xarici ticarətdən aldığı payı artırmaq üçün gömrük işləri ilə bağlı çalışdıqlarını dilə gətirib.
Gürcüsnatın maliyyə naziri Qahaduri də buranın bir ticarət mərkəzi halına gətiriləcəyinə inandığını söyləyib. Gömrük qapısının hər iki ölkə iqtisadiyyatına töhvə verəcəyini bildirib.
Açılış mərasimi zamanı sərhəddən ilk keçənlər də olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr