Aİ Türkiyə olmadan qaçqın böhranını nəzarətdə tuta bilməz

Bu fikir Almaniyanın Frankfurter Allgemeine Sonntagszeitung qəzetində dərc olunan məqalədə bildirildi.

394321
Aİ Türkiyə olmadan qaçqın böhranını nəzarətdə tuta bilməz

Məqalədə: "Angela Merkelin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş Nazir Əhməd Davudoğlu ilə qaçqın böhranının mümkün həll yollarını görüşməsi doğru bir mövqedır. Çünki Türkiyə olmadan, və ya Türkiyəyə qarşı olaraq Avropa İttifaqının öz tarixində üz-üzə qaldığı ən böyük böhranı nəzarətdə tutması mümkün olmayacaq. Çünki Türkiyə baxımından, Türk siyasətçilərinin də söylədikləri kimi razılaşmadan söz gedə bilməz. Türkiyə Xarici İşlər Naziri Firidun Sinirlioğluna görə Türkiyənin ödəniş qarşılığında qaçqınları Aİ-dən uzaq tutması fikri yanlışdır. Türkiyə Baş Naziri Davudoğlu isə 75 milyon vətəndaşı üçün Şengen Zonasında viza sərbəstliyi təmin olunmadan razılaşmanın əldə olunmayacağını bildirdi" deyilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr