Türkiyənin Afrika ölkǝlǝrinǝ yardımı davam edir

Meşə və Su İşləri üzrǝ nazir Veysel Eroğlu, Afrika ölkǝlǝrindǝ hǝyata keçirilǝn yardım layihələrinin əhəmiyyətinə işarə edərək Afrikada 1 milyon 643 min nǝfǝrin su ehtiyacının tǝmin edildiyini bildirib. 

393627
Türkiyənin Afrika ölkǝlǝrinǝ yardımı davam edir

Türkiyənin quraqlığa qarşı mübarizǝ və meşə təsərrüfatı sahəsində sahib olduğu təcrübəsini Afrika qitəsindəki ən az inkişaf etmiş ölkələrlə paylaşdığını ifadǝ edǝn nazir Eroğlu, Afrika ölkələrindəki mühəndislərǝ kurs imkanı yaratdıqlarını, Afrika qitǝsindǝki ölkǝlǝrǝ yardımların indǝn sonra da davam edǝcǝyini vurğulayıb. 

2019-cu ilǝdǝk qitǝ ölkǝlǝrindǝ su ilǝ tǝmin edilǝcǝklǝrın sayının 3 milyona çatacağına diqqǝt çǝkǝn Eroğlu, Afrikanın 12 fǝrqli ölkəsindən gələn iştirakçıların suvarma sistemləri, tullantı, su, quraqlıq, tǝbii fǝlakǝt, anbar inşası və işlətməsi kimi sahǝlǝrdǝ kurs keçdiklǝrini dǝ sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr