Torontoda terror tǝşkilatı PKK lǝnǝtlǝnib

Kanadanın Toronto şəhərində terror təşkilatı PKK-dan etiraz mǝqsǝdiylǝ aksiya keçirilib.

355343
Torontoda terror tǝşkilatı PKK lǝnǝtlǝnib

Torontoda yaşayan Türklərin iştirakı ilə təşkil edilən nümayişdə terror və terror təşkilatı PKK lənətlənib.
Köhnə Bələdiyyə Binasının qarşısında bir araya gǝlǝn Türklər, terror təşkilatı PKK əleyhinə şüarlar sǝslǝndiriblǝr. Türkiyənin mübarizǝ etdiyi terror bǝlasına dair gerçǝklǝri sǝslǝndiriblǝr.
Konfrans və imza gününə qatılmaq üzrə Torontoda olan jurnalist-yazıçı Abdurrahman Dilipak da etiraz aksiyasına dəstək verib.
Nümayişǝ başçılıq edǝn Gürcan Kaya, “ Daha 3 şəhid xǝbǝrini aldıq, bizim mǝqsǝdimiz, birlik-bǝrabǝrlik haqda çağırış etmək və bu xain terroru lǝnǝtlǝdiyimizi dünyaya çatdırmaqdır” deyǝ vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr