Türkiyəyə ən çox turist Almaniyadan gəlir

Bu ilin ilk 8 ayında Almaniyadan 3 milyon 750 min 82 turist gəldi və Almaniya Türkiyəyə ən çox turist göndərən ölkə oldu.

355027
Türkiyəyə ən çox turist Almaniyadan gəlir

Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, ötən ilin 8 ayında isə Türkiyəyə ən çox turisti göndərən ölkə 3 milyon 505 min 936 turist sayı ilə Rusiyaolmuşdu.

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Sədri Başaran  Ulusoy nazirliyin göstəricilərini dəyərləndirdi.

Ulusoy bu ilin 8 aylıq dövründə Rusiya Federasiyasından gələn turist sayında ötən ilin eyni dövrünə görə 20,72% azalma göstərərək, turistlərin 2 milyon 779 min 343 nəfərə düşdüyünü bildirdi.

Türkiyəyə bu mövsüm ən çox Almaniyadan turist gəlməsi ilə əlaqədar isə Ulusoy: "Valyuta kursundakı dəyişikliklər turizmçilərin hərəkət sahəsini genişləndirdi və digər ölkələr ilə rəqabətdə Türkiyə bir addım önə çıxdı. Türk lirəsinin avroya qarşı dəyər itkisinin Türkiyə üçün vacib bazar mövqeyində olan Almaniya kimi ölkələrin tələbatına müsbət təsir göstərdiyini görürük " ifadələrindən istifadə etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr