"Türkiyə ilə hər barədə iş birliyinə hazırıq", M.Boqdanov

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov ölkəsinin suriyalı kürdlərə silah vermədiyini bildirib.

393103
"Türkiyə ilə hər barədə iş birliyinə hazırıq", M.Boqdanov

  Türkiyə ABŞ və Rusiya səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq PYD-yə silah yardımı edilməsi mövzusunda xəbərdarlıq etdikdən sonra Moskvadan şərh gəlib.

  Moskvada Rusiya-Türkiyə əlaqələriylə bağlı təşkil edilən konfransda çıxış edərkən Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Rusiyadan Suriyadakı kürdlərə silah verilmədiyini söyləyib.

  Türkiyənin Rusiyaya DEAŞ-la mübarizədə dəstək verməsinə ümid etdiyini bildirən Boqdanov deyib: “Türkiyə ilə hər barədə iş birliyinə hazırıq. Yaxın zamanlarda Xarici İşlər Nazirliklərimiz arasında Suriya və digər məsələlərdə ortaq danışıqlarımız olacaq''.

  Bu arada onu da qeyd edək ki, Rusiya Ordusundan təyyarələrlə Türkiyə hava sahəsi xəttilə Ankaraya heyət gəlib. Hava Qüvvələri Komandan yardımçısı Serqey Dronovun başçılıq etdiyi heyət Baş qərargahda olub. Görüşdə hər iki tərəf Türkiyə hava sahəsi pozuntularının səbəblərini aydınlaşdırmaq və bunların təkrarının qarşısını almaq məqsədilə görülən tədbirlər haqqında məlumat paylaşması edib.

  Xatırladaq ki, 3 və 4 oktyabr tarixlərində Suriyaya doğru uçmaq üçün Rusiya döyüş təyyarələri icazəsiz olaraq Türkiyə hava sahəsinə girmiş və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr