Baş nazir dǝmir yolu stansiyasının meydanına qərənfil dǝstǝsi dü

Ankarada törǝdilǝn terror hücumu nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin xatirǝsinǝ Avropa İttifaqına üzv 27 ölkǝnin sǝfiri dǝ dǝmir yolu stansiyasının meydanına 97 qərənfil qoyub.

353301
Baş nazir dǝmir yolu stansiyasının meydanına qərənfil dǝstǝsi dü

Baş nazir Әhmǝd Davudoğlu Ankarada törǝdilǝn terror hücumu nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin xatirǝsinǝ dǝmir yolu stansiyasının meydanına qərənfil dǝstǝsi düzüb.

Hadisǝ nǝtkicǝsindǝ hǝyatını itirǝnlǝr üçün dua edǝn Davudoğluna hǝyat yoldaşı Sare xanım ilǝ Baş nazirin müavinlǝri Yalçın Akdoğan vǝ Cevdǝt Yılmaz, Әdalǝt vǝ inkişaf partiyasının qrup sǝdrinin ǝvǝzi Mahir Ünal vǝ sǝdr müavini Ömǝr ǝlik dǝ müşayiǝt edib.

Avropa İttifaqına üzv 27 ölkǝnin sǝfiri dǝ dǝmir yolu stansiyasının meydanına 97 qərənfil qoyub.
Sǝfirlǝr anım mǝrasimilǝ bağlı verdiyi yazılı açıqlamada bildiriblǝr ki, bu gün hadisǝ yerinǝ birlikdǝ gǝlǝrǝk qurbanların ailǝlǝri vǝ dostlarının kǝdǝrlǝrini böldüyümüzü, terroru qınadığımızı vǝ Türkiyǝdǝ sülh çağırışına dǝstǝk olduğumuzu bildirmǝk istǝdik. Cinayǝtkarlar, sülh mǝqsǝdilǝ bir araya gǝlmǝ vǝ düşüncǝni ifadǝ etmǝ haqqını da hǝdǝf götürdülǝr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr