Türkiyədə DEAŞ-a qarşı əməliyyatlar keçirildi

Türkiyədə terror təşkilatı DEAŞ-a qarşı Adana, Konya, Şanlıurfa, İzmir və Antalyada həyata keçirilən əməliyyatlarda bir nənəfər həbs olundu, 47 nəfər isə şübhəli olaraq nəzarətə alındı.

391327
Türkiyədə DEAŞ-a qarşı əməliyyatlar keçirildi

Türkiyədə terror təşkilatı DEAŞ-a qarşı Adana, Konya, Şanlıurfa, İzmir və Antalyada həyata keçirilən əməliyyatlarda 1 nənəfər həbs olundu, 47 nəfər isə  şübhəli olaraq nəzarətə alındı.

Adanada keçirilən əməliyyatda təşkilatın DEAŞ-ın "cihadın döyüş bölgəsi" adlandırdığı Suriyaya getmək məqsədilə şəhərə gələn 9 Əlcəzair və 3 Mərakeş vətəndaşına  kirayəyə ev götürən və terror təşkilatının "bölgə üzrə" nümayəndəsi olaraq fəaliyyət göstərən İ.Ç. saxlanıldı.

Şübhəli aparılan əməliyyatlardan sonra həbs olundu.

İ.Ç.-nin üzərində müxtəlif bölgələrdən Suriyaya keçəcək insanların adları və onların əlaqə məlumatlarının olduğu bir sıra sənəd da ələ keçirildi.

Şəhərdə DAEŞ terror təşkilatına qarşı əməliyyatda aksiyaya hazırlıqda təqsirləndirilən 4 şübhəli də, cinayət xarakterli çoxsaylı rəqəmsal material ilə birlikdə yaxalandı.

Konya Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin dəstələri də, terror təşkilatı DEAŞ ilə əlaqəli olduğu iddia edilən bir qrupu təqib edərək, təşkilat üzvü olduğu iddiası ilə 1-i qadın olmaqla 14 nəfəri şəhər mərkəzində qaldıqları ünvanlarında həbs etdilər.

Şanlıurfada isə, aparılan texniki və fiziki təqiblərdən sonra mərkəz və bəzi rayonlarda eyni zamanda əməliyyatlar keçirildi.

Əməliyyatda DEAŞ üzvü olduğu iddia edilən 14 nəfər saxlanıldı.

İzmir Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin dəstələri də, Mənəmən rayonunda bəzi şəxslərin terror təşkilatı DEAŞ-ın adından fəaliyyət göstərdikləri və yaşadıqları evlərdə boru tipli bomba istehsalında istifadə edilən material olduğu barədə bildirişdən sonra fəaliyyətə keçdilər.

Xüsusi təyinatlı və çevik qüvvələrin dəstəyi ilə təşkil olunan "Şəfəq" əməliyyatında 7 nəfər saxlanıldı.

Şübhəlilərin yaşadıqları evlərdə keçirilən axtarışlarda bir icazəsiz tapança, tapançaya aid patronlar, iri çaplı silaha aid patronlar, təşkilata aid sənədlər  və rəqəmsal məlumatlar ələ keçirildi.

Antalyada da Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin dəstələri terror təşkilatı DEAŞ ilə əlaqədar olduqları irəli sürülən şəxslərə qarşı əməliyyata başladı.

Kəpəz və Muratpaşa qəsəbələrindəki  eyni zamanda müxtəlif ünvanlarda həyata keçirilən əməliyyatlarda təşkilata üzv olduğu iddia edilən 8 nəfər saxlanıldı. Şübhəlilərin İraq və Suriyadakı DEAŞ terrorçuları ilə mütəmadi əlaqədə olduqları müəyyənləşdirildi.

Adana, Konya, Şanlıurfa, İzmir və Antalyada nəzarətə alınan şübhəlilər istintaq üçün Terrorla Mübarizə Şöbəsinə aparıldılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr