Terror aktında ölənlərin sayı 97-ə yüksəlib

92 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

353054
Terror aktında ölənlərin sayı 97-ə yüksəlib

Türkiyə tarixinin ən böyük terror aktında ölənlərin sayı 97-ə yüksəlib. Hücumu təşkil edən və kamikadze olduğu təsbit edilən iki terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam edir.

Paytaxt Ankarada təşkil olunan terror hücumunda 1-i Fələstin vətəndaşı olmaqla həyatını itirən 97 nəfərdən 92-nin şəxsiyyət müəyyənləşdirilib.
Onlardan 91-nin cənazəsi dəfn olunmaq üçün ailələrinə təslim edilib.
Bu arada Səhiyyə Nazirliyi Əlaqə Mərkəzinin “ALO 184” qaynar xətti yaralıların yaxınlarını 24 saat fasiləsiz olaraq məlumatlandırmaqda davam edir. Terror hücumu ilə bağlı məlumatlar isə Baş nazirlik Koordinasiya Mərkəzi tərəfindən açıqlanır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr