Ankaradakı partlayışlar xarici mətbuatda

Xarici xəbər agentlikləri hadisə barədə dəqiqəbaşı xəbərlər paylaşırlar.

391104
Ankaradakı partlayışlar xarici mətbuatda

Avropa Şurasının Baş katibi Turbörn Yaqland (Thorbjorn Jagland) Ankaradakı qanlı hücumu qınayıb: "Ankaradan bu səhər gələn xəbər şokedici və narahatlıqverici oldu. Bu, sülh nümayişçilərinə qarşı qəddarcasına və vəhşi bir hücumdur".
Hücumda yaxınlarını itirənlər üçün başsağlığı verən Yaqland yığıncaq və ifadə azadlığının demokratiyanın təməl sütunları olduğunu vurğulayıb.

Hadisə Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi tərəfindən də qınanılıb. Səfirliyin media səhifəsində yazılır: "Ankaradakı hücumu çox qınayırıq. Hamımız birlikdə terrora qarşı mübarizə aparmalıyıq”.

Rusiya dövlət başçısı Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib.

Xarici TV kanalları da proqramlarını kəsərək xəbəri ictimaiyyyətə çadırıblar.

Əl-Cəzirə televiziyası xəbər buraxılışlarında hadisə yerindən canlı perortajlara geniş yer ayırıb.

İngiltərənin BBC televiziyası yayın axınını kəsərək hadisə yerindən birbaşa məlumatlar yayıb.

İngiltərənin “The Guardian” qəzeti internet səhifəsində geniş yer ayırdığı hücum xəbərini “Ankarada terror hücumu” başlığıyla verib.

“İndependent” qəzeti “Qatar stansiyasında iki partlayış" başlığı altında hadisə yerilə bağlı ilk fotoşəkillər paylaşıb.

“CNN İnternational” da bu mövzuda xəbərlərini tez-tez təzələyərək bülletenlərində "Türkiyənin paytaxtını qatar stansiyasındakı partlayış sarsıtdı" deyib.

Almaniya mətbuatında ilk sırada geniş yer ayrılan xəbərlərdə partlayışla bağlı şəkil və vətəndaşların ifadələri yazılıb.

Azərbaycan Prezident Aparatının internet saytı Azərbaycan xalqının böyük kədər duyduğu və Türkiyə xalqına başsağlığı diləyini çatdırıb.

Pakistan Xarici İşlər Nazirliyi də hücumu şiddətlə qınayıb, Türkiyə xalqına başsağlığı verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr