Türkiyədən Rusiyaya Suriyaya dair "işçi qrupu" təklifi

Türkiyənin Müdafiə Nazirliyi rusiyalı həmkarlarına Rusiya ordusunun Suriyada keçirdiyi əməliyyatla bağlı yaranacaq insidentlərin qarşısını almaq üçün işçi qrup yaratmağı təklif etdi.

350764
Türkiyədən Rusiyaya Suriyaya dair "işçi qrupu" təklifi

Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, Rusiyanın Türkiyədəki hərbi attaşesi izahat verilməsi üçün Müdafiə Nazirliyinə çağırılıb.

Qeyd edək ki, türk hərbçilər bundan əvvəl Türkiyə-Suriya sərhədi yaxınlığında MiQ-29 qırıcı təyyarəsi aşkarlayıblar


Etiketlәr:

Әlaqәli Xәbәrlәr