Qaçqın mövzusu ilǝ bağlı yeni tǝdbirlǝr görülür

Türkiyə, cənub sərhəddindǝ 2 milyon nǝfǝr tutumlu 6 çadır şəhərciq tikmǝ qǝrarına gǝlib.

388367
Qaçqın mövzusu ilǝ bağlı yeni tǝdbirlǝr görülür

Türkiyə qəzetinin xəbərinǝ görə, prezident Rəcəb Tayyib Ərdoğanın “açıq qapı” ifadǝsinǝ Avropa ölkələrindən cavab verilib.
Ərdoğan, rǝsmi sǝfǝrǝ getdiyi Belçikanın paytaxtı Brüsseldə, Aİ Komissiyası Başçısı Jean-Claude Juncker, Avropa İttifaq Şurasının sədri Donald Tusk və Avropa parlamentinin Başçısı Martin Schulz ilə bir araya gǝlib.
Danışıqlarda, tǝrǝflǝr arasında qaçqın mǝsǝlǝsinǝ dair 4 maddədǝn ibarǝt imzalanan razılaşmaya görǝ Suriyadan gələn qaçqınlar üçün Türkiyə sərhədində 2 milyon adam tutumlu 6 qaçqın düşərgə salınacaq. Düşərgələrin maliyyələşdirilməsi mǝqsǝdiylǝ Aİ ilə ortaq fon yaradılacaq.

Düşǝrgǝlǝr salındıqdan sonra rǝsmi Ankara, qaçqınların Yunanıstan və Bolqarıstan üzərindən Avropaya getmǝlǝrinǝ icaz vermiyǝcǝk.
Qaçqınlar üçün ən çox seçilǝn təhlükəli keçid marşrutu olan Egey dənizində, təhlükəsizlik tǝdbirlǝri artırılacaq. Türk və Yunan sahil təhlükəsizlik bǝrǝlǝri arasında edilǝcǝk ǝmǝkdaşlığa Avropa İttifaqı sərhəd təhlükəsizliyi heyəti Frontex nǝzarǝt edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr