Hulusi Akara Azərbaycanda Yüksək Xidmət medalı verildi

"Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq daima qəlbimdə daşıyacağam", Hulusi Akar.

388340
Hulusi Akara Azərbaycanda Yüksək Xidmət medalı verildi

  Azərbaycanda rəsmi səfəri davam edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar hərbi əməkdaşlığa görə Yüksək Xidmət medalı ilə təltif olunub.

  General Hulusi Akar və Heyəti Bakı səfərinin ikinci günü əvvəlki prezident Heydər Əliyevin qəbrini, Türk Şəhidliyi və Azərbaycan Şəhidlər Xiyabanını ziyarət edib.

  Daha sonra Azərbaycan Müdafiə naziri Zakir Həsənovla bir araya gələn general təxminən 1 saat sürən görüşdə həmkarı ilə ortaq hərbi manevr və regional mövzular haqqında danışıblar.

  Görüşdə Zakir Həsənov Hulusi Akara Azərbaycanla hərbi sahədə həyata keçirilən yaxın əməkdaşlığa görə Yüksək Xidmət medalını təqdim edərək təşəkkürünü bildirib.

  "Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq daima qəlbimdə daşıyacağam", - deyə Hulusi Akar da öz növbəsində minnətdarlığını çatdırıb.

  Xatırladaq ki, bir gün əvvəl – oktyabrın 5-ində Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr