Qaçaqları daşıyan qayıq batıb

386242
Qaçaqları daşıyan qayıq batıb

Balıkəsirdə 112 qaçaq xilas olunub.

Balıkəsir vilayətinin Ayvalık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan qaçaqların olduğu qayıq batıb. Suriya və əfqanıstanlı 112 nəfər son anda xilas olunub. Hadisə barədə Ayvalık sahillərindəki balıqçılar Sahil Təhlükəsizlik Komandirliyinə xəbər verib. Qısa müddətdə sahil təhlükəsizlik qayıqlarına alınan, aralarında çox sayda qadın və uşaqların da olduğu qaçaqlar, tibbi yardımdan sonra müvafiq orqanlara təslim edilib. Bu arada, İstanbulun Büyükçekmece rayonunda keçirilən əməliyyatda da, qaçaq yollarla Avropaya getmək istəyən 170 miqrant saxlanılıb. Qaçqınlar, Polis şöbəsinə aparılıb, hadisə ilə əlaqədar 9 nəfər nəzarətə alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr