TRT Suriyalı uşaqları unutmadı

Harran çadır şəhərciyindǝ qalan Suriyalı qaçqınların uşaqlarına 5 min jurnal paylandı.

354146
TRT Suriyalı uşaqları unutmadı

TRT Çocuk kanalı tərəfindən hazırlanan jurnalın təqdimatı, TRT baş direktörü Şǝnol Göka, Harran icra hakimiyyǝtinin başçısı Təməl Ayca, Beynəlxalq Qaçqın Haqqları Dərnəyinin rǝhbǝri Uğur Yıldırım, TRT Uşaq Jurnalı Rejissoru Tülay Gökçimǝn ilə düşərgə idarəçiləri və Suriyalıların iştirakı ilǝ olub.
TRT-nin baş direktörü Göka, tǝqdimat mǝrasimindǝ etdiyi çıxışında qeyri-hökumət tǝşkilatların əməkdaşlığı ilǝ dǝrc olan jurnal vasitəsilə Suriyalı uşaqları bayramda sevindirmək istədiklərini vurğulayıb.
Jurnal ilǝ bağlı fəaliyyətlərin artırılaraq davam edǝcǝyini ifadǝ edǝn Göka, atacaqları addımlarla qaçqın uşaqların üzünü güldürmǝkdǝ davam edǝcǝklǝrini qeyd edib.
Beynəlxalq Qaçqın Haqqları Dərnəyinin sǝdri Yıldırım da, Türkiyənin Suriyalı sığınmacıları illərdir ən yaxşı şərtlərdə qonaq etdiklǝrini, onların hǝyat şǝrtlǝrinin daha da yaxşılaşdırılmasını nǝzǝrdǝ tutan yeni layihələrin hǝyata keçirilmǝsini yüksǝk qiymǝtlǝndirdiklǝrini deyib.
Jurnalın rejissoru Gökçimen də, məzmunu güvən və səbri tǝsvir edǝn yazılardan ibarǝt olan jurnaldan düşərgədə 5 min ədəd paylandığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr