Minada 6 Türk hacı hələ də tapılmayıb

İzdiham səbəbiylə 4 deyil 2 Türk hacı həytını itirib

354309
Minada 6 Türk hacı hələ də tapılmayıb

Qurban Bayramının birinci günü Səudiyyə Ərəbistanının Məkkə şəhərinin 5 kilometr yaxınındakı Minada meydana gələn faciədə ölən hacıların sayı 769 olaraq açıqlanıb. Izdihamda 964 hacı da yaralanıb. Faciə nəticəsində 2 Türk hacı həyatını itirib, 4-ü yaralanıb, 6-sı isə itkin düşüb. Qarışıqlıq səbəbiylə daha əvvəl 4 ölü sayı bildirilsədə daha sonra 2 nəfərin həyatını itirdiyi qeyd edilib. Digər 2 Türk hacının vəfatlarının səbəbinin izdiham olmadığı bildirilir.

Bu arada, Minada yaşanan faciədən sonra küçələr təmizlənib, təhlükəsizlik tədbirləri davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr