Əhməd Davudoğlu Qurban bayramı münasibətiylə xalqı təbrik edib

“Ölkəni bölmək istəyənlərə qarşı bir olaq”

353254
Əhməd Davudoğlu Qurban bayramı münasibətiylə xalqı təbrik edib

Baş nazir Əhməd Davudoğlu Qurban bayramı münasibətiylə xalqı təbrik edib. Baş nazir təbrikdə “çətin günlərdən keçirik, bərabər olmalıyıq” deyə bildirib. Şəhid ailələrinə də səslənən Əhməd Davudoğlu “sizin kədəriniz 78 milyonunun kədəridir, ürəyimizin yarasıdır” deyə vurğulayıb. Türkiyənin böyük sınaqdan keçdiyini söyləyən Davudoğlu, “ölkəni bölmək istəyənlərə qarşı bir olaq” deyə bildirib.

Baş nazir təhlükəsizlik işçilərini də unutmayıb, “sizin növbədə keçirdiyiniz hər dəqiqə normal vaxtda keçən minlərlə ili əvəz edir. Bayramınız mübarək!” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr