"Mənim ölkəmdə etnik problem deyil terror problemi var": Ərdoğan

İstanbulda “Milyonlarla Nəfəs, Terrora Qarşı Tek Səs” aksiyası keçirilib.

352238
"Mənim ölkəmdə etnik problem deyil terror problemi var": Ərdoğan

Yüz minlərlə insan bir olub, “Terrora yox, qardaşlığa hə” dedi.
Son dövrdə artan terror aktlarına qarşı birlik və bərabərlik nümayiş etdirmək məqsədi ilə Ankaradan sonra ötən gün İstanbulda, “Yenikapı”da aksiya təşkil edilib.
“Milyonlarla Nəfəs, Terrora Qarşı Tek Səs” aksiyasında prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz və Baş nazir Əhməd Davudoğlu da iştirak edib.
Mitinqdə, birlik və bərabərlik şüarları səsləndirilib.
Türk Bayrağından başqa, heç bir bayrağın olmadığı mitinqdə sadəcə terrora qarşı plakatlar nümayiş olunub.
Şəhidlər üçün Quran-ı Kərim oxunub, dualar edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan etdiyi çıxışı zamanı, milli birlik və qardaşlığın vacibliyini vurğulayaraq “Demokratiyanı gücləndirməkdə, haqq və azadlıqları qorumaqda qərarlıyıq. Məhs bu şəkildə yeni Türkiyənin yolunu və qapılarını açacağıq” deyə bildirib.
“Mənim ölkəmdə etnik problem deyil terror problemi var, mübarizəmiz də hər hansı bir etnik qrupa deyil terror təşkilatına qarşıdır” deyən prezident, 200 ildir davam edən oyuna diqqət çəkərək ölkəni bölmək istəyənlərə ən gözəl cavabın mitinqdə verildiyini ifadə edib.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz da, “Bu vətəndə bir olacağıq, qardaş olacağıq. Birlikdə Türkiyə olacağıq” deyə bildirib.
Baş nazir Davudoğlu isə çıxışında, terrorla mübarizəni sonuna qədər, davam etdirməyə qərarlı olduqlarını ifadə edərək “Millətə silah çəkənlərə qarşı heç bir zaman başımızı əymədik və əyməyəcəyik" deyə vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr