Türkiyə Burkina Fasoda bir qrup əsgərin ölkənin idarəsini ələ al

Verilən açıqlamada siyasətə demokratik olmayan üsullarla müdaxilə edilməsinin qəbuledilməz olduğu vurğulanıb.

351283
Türkiyə Burkina Fasoda bir qrup əsgərin ölkənin idarəsini ələ al

Türkiyə Burkina Fasoda bir qrup əsgərin ölkənin idarəsini ələ almağından narahatdır.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada sentyabrın 16-sı paytaxt Uqaduquda Mühafizə Alayı əsgərlərinin Nazirlər Kabinetinin toplantısına daxil olaraq müvəqqəti dövlət başçısı Maykl Kafando, Baş nazir Isaac Zidan və bəzi nazirləri nəzarətə almasından Türkiyənin narahat olduğu qeyd olunur.
Açıqlamada siyasətə demokratik olmayan üsullarla müdaxilə edilməsinin qəbuledilməz olduğu vurğulanaraq “Burkina Fasodakı keçid dövrü və 2015-ci il, oktyabrın 11-də keçirilməsi nəzərdə tutulan ümumi seçkilər ərəfəsində bütün tərəfləri şiddətdən çəkinməyə dəvət edirik” deyə bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr