Yunanıstana getməyə cǝhd edǝn 211 miqrant saxlanılıb

Miqrantlar Bodrumdan Yunanıstanın Kos adasına keçmək üçün 3 metrlik qayıqlardan istifadə ediblǝr.

349767
Yunanıstana getməyə cǝhd edǝn 211 miqrant saxlanılıb

Muğla vilayǝtinin Bodrum qǝsǝbǝsindǝ 141 nəfər, Sahil Mühafizǝ dǝstǝlǝri tərəfindən dənizdə tutulub, Kabakum sahilində isə 70 nəfərlik qrupun dənizə açılmasının qarşısı alınıb. Aralarında qadın və uşaqların da olduğu miqrantlar Bodrumdan Yunanıstanın Kos adasına keçmək üçün 3 metrlik qayıqlardan istifadə ediblǝr.
12 pakistanlının olduğu qayıq batarkən miqrantlar son anda xilas edilib.
Bundan başqa Yunanıstan sərhədlərinə keçməyə çalışan daha 20 nəfər saxlanılıb. Bölgədə işlərini davam etdirən qruplar, Aspat Adasında çıxan və 12 nəfərin minməsi səbəbiylə batmağa başlayan qayığı saxlayaraq miqrantları sahil təhlükəsizlik qayığına keçiriblər. Bu arada qeyri-qanuni yolla sərhədi keçməyə çalışan 26 miqrantda tutulub. Kabakum sahilindən böyük bir qrupun dənizə açılacağı xəbərini alan Sahil Mühafizǝ dǝstǝlǝri 70 nəfəri saxlayıb. Digər tərəfdən İzmir-Çeşme şosesində qeyri-qanuni yollarla Yunan adalarına keçmək istəyən miqrantların avtobusu polisə tabe olmayaraq qaçıb və polis avtomobilinə çırpılıb. Qazadan sonra 100 miqrant tutulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr