PKK-nın xain hücumları davam edir

Türkiyənin Müş şəhərində terrorçuların həyata keçirdiyi bombalı hücum nəticəsində 12 əsgər xəsarət alıb.

349958
PKK-nın  xain hücumları davam  edir

Terror təşkilatı PKK tərəfindən hasara yerləşdirilən bombanın partlaması nəticəində yaralanan əsgərlər xəstəxanaya yerləşdirilib.
Əldə edilən məlumata görə, hadisədən sonra polis bölgədə əməliyyat başladıb.
Bu arada Şanlıurfanın Viranşehir rayonunda polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində terror təşkilatı PKK üzv 17 nəfər saxlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlarda isə xeyli silah-sürsat ilə təşkilata məxsus sənəd ələ keçirilib.
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyi, terror təşkilatı PKK-nın Türkiyədə törətdiyi xain hücumları qınayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr