Dövlǝt başçısı vǝ Baş nazir Roş Ha-Şana bayramı münasibǝtilǝ yəh
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlu yeni il olaraq bilinǝn Roş-Ha-Şana bayramı münasibǝtilǝ yəhudi vǝtǝndaşları tǝbrik ediblǝr.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlu yeni il olaraq bilinǝn Roş-Ha-Şana bayramı münasibǝtilǝ yəhudi vǝtǝndaşları tǝbrik ediblǝr.
Dövlǝt başçısı bayram tǝbrikindǝ deyib ki, yəhudilǝrin inancının ǝn önǝmli dini bayramlarından biri olan Roş-Ha-Şana münabisǝtilǝ yəhudi vǝtǝndaşlarımızı tǝbrik edirǝm. Fǝrqliliklǝri zǝnginlik olaraq görǝn, tǝmǝl insan haqlarına böyük ǝhǝmiyyǝt verǝn, bütün etnik vǝ dini qrupların ǝsrlǝrdir sülh içindǝ bir arada yaşamalarına imkan yaradan bir ǝnǝnǝnin mǝnsubu olan bizlǝr bütün vǝtǝndaşlarımızın öz mǝdǝniyyǝt, din vǝ ǝnǝnǝlǝrini azad şǝkildǝ yaşaya bilmǝlǝrilǝ fǝxr edirik.
Türkiyǝdǝ fǝrqli dinlǝrǝ mǝnsub insanların bir arada yaşadıqları sülh şǝraitinin Qüdsdǝ vǝ bölgǝdǝ hakim olmasını istǝyǝn Dövlǝt başçısı bildirib ki, Roş-Ha-Şana bayramı ǝrǝfǝsindǝ İsrail tǝhlükǝsizlik qüvvǝlǝrinin Әl-Әqsada müsǝlmanların yaralanmasına sǝbǝb olan müdaxilǝlǝrini kǝskin dillǝ qınayıram.
Baş nazir Davudoğlu da yəhudi vǝtǝndaşları bayram münasibǝtilǝ tǝbrik edǝrǝk bildirib ki, tarix içǝrisindǝ ǝsrlǝrdir hǝr dövrdǝ ölkǝmizin inkişafında uğurlu şǝkildǝ xidmǝt göstǝrǝn yəhudi vǝtǝndaşlarımızın Roş Aşana bayramını tǝbrik edir, sağlamlıq vǝ dinclik içindǝ bir il dilǝklǝrimi yetirirǝm.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq