Bu evdə bir "tərs"lik var

Antalyada dünyanın 13-cü tərs evi açılıb

377712
Bu evdə bir "tərs"lik var

Antaliyada bir qrup təşəbbüskar tərəfindən tikdirilən ev, xarici görünüşündən içərisindəki əşyalara qədər “tərs” dayanır. Kundu Turizm Bölgəsində sahibkarlar Kaan Karahan, Görkem Cantürk və Tanya Makorava tərəfindən hazırlanan “tərs ev”, daxili və xarici görünüşüylə diqqəti çəkir. Giriş qapısının belə tərs olduğu evdə, pərdələr, mətbəx mebeli, tualet, yataq otağı, şkaflar və paltaryuyan maşın kimi bütün əşyaların yeri tavandadır. Sahibkarlardan olan Kaan Karahan, dünyada 12 tərs ev olduğunu və 13-nü Antalyada açdıqlarını bildirib. Karahan, “Ev 25% tərs bir şəkildə dayanır. Ziyarətçilər evə ilk dəfə girəndə başları dönür. Tavandakı əşyalara yapışaraq tarazlıqlarını təmin etməyə çalışırlar. Evi bir ildə 100 min nəfərin ziyarət etməsi gözlənilir” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr