Dağlıca bölgəsi terroristlərin xain hücumuna səhnə olub

Hakkarinin Yüksekova qǝsǝbǝsinin Dağlıca bölgəsi terroristlərin xain hücumuna səhnə olub.

389010
 Dağlıca bölgəsi terroristlərin xain hücumuna səhnə olub

Hakkarinin Dağlıca bölgəsində PKK terror təşkilatının üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.
Nəticədə şəhid və yaralıların olduğu bildirilir.
Hadisə ilə bağlı Türkiyə Baş Qərargahının yaydığı açıqlamada şəhid və yaralı sayı göstərilməyib.
Açıqlamada qeyd olunub ki, hadisədən dərhal sonra bölgədə həyata keçirilə hava əməliyyatında terror təşkilatına məxsus 13 hədəf vurulub.
Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb. Hadisədə yaralanan əsgərlərdən bǝzilǝri Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib.
Digər tərəfdən, Hakkaridǝki xain hücumdan sonra prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabı üzərindən başsağlığı verib.
Ərdoğan mesajında, "xain və alçaq hücumda şəhid olan əsgərlərimizǝ Cənab-ı Allahdan rəhmət diləyirəm" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr