"Türkiyə səfirinin tezliklə Lüksemburqa dönməsini istəyirik"

Xarici İşlər naziri Feridun Sinirlioğlu Avropa İttifaqı Xarici İşlər nazirlərinin qeyri-rəsmi yığıncağı üçün Lüksemburqa səfər edib.

374831
"Türkiyə səfirinin tezliklə Lüksemburqa dönməsini istəyirik"

  Sinirlioğlu yığıncağın ilk günündə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini başda olmaqla avropalı həmkarları ilə görüşüb.

  Nazir Lüksemburq Xarici İşlər naziri Ceyn Aselbon (Jan Aselborn) ilə təkbətək görüşüb, erməni iddiaları üzündən zərər dəyən əlaqələrin bərpası yollarından danışıb.

  Lüsksemburq Xarici İşlər naziri: “Türkiyə NATO başda olmaqla bir çox beynəlxalq sahədə bizim müttəfiqimizdir. İkitərəfli əlaqələrin daha da inkişaf etməsi üçün Türkiyə səfirinin tez bir zamanda Lüksemburqdakı vəzifəsinə dönməsini istəyirik” deyə bildirib.

  Feridun Sinirlioğlu bu yığıncaqda Belçika Xarici İşlər naziri Didier Reyn-Ders ilə də görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr