Türkiyənin ilk ləl-cəvahirat laboratoriyası yaradıldı

“Cəvahirat və Qiymətli Daşlar Mərkəzi" İstanbul Zərgərlər Odası (İKO) və İstanbul İnkişaf Agentliyi (İSTKA) tərəfindən təsdiq olunan dəstək proqramı çərçivəsində yaradılıb.

372809
Türkiyənin ilk ləl-cəvahirat laboratoriyası yaradıldı

Türkiyə iqtisadiyyatına töhfə verəcək mərkəzdə bu sektorun işçilərinə qiymətli daşlar haqqında təhsil, dizayn reyestri və brend olmaq istiqamətində dəstək veriləcək.

Keçən il qiymətli daşların idxalından Əlavə Dəyər Vergisinin qaldırılmasından sonra Türkiyənin dünya ləl-cəvahirat bazarında payının artırılması üçün işlərə başlanılmışdı.

Bu çərçivədə "Cəvahirat və Qiymətli Daşlar Mərkəzi" nin yaradılması ilə sektorun beynəlxalq sahədə rəqabət gücünün artması, keyfiyyətli və etibarlı xidmətin təmin olunması gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr